04 İyul 2024
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Bəşir Hacıyev kimdir? - BİOQRAFİYA

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Bəşir Hacıyev kimdir? - BİOQRAFİYA

01 İyul 2024
Baxış: 226

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

AJMEDİA.İNFO B.Hacıyevlə bağlı məlumatları təqdim edir:

1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.

Bəşir Hacıyev Azərbaycanda mehmanxana idarəetməsi sahəsində ilk menecerdir. O, “İçəri Şəhər” adlı butik oteldə iş fəaliyyətinə başlayıb və on ildən çox müddət ərzində mehmanxana idarəetməsində çalışıb. Karyerası ərzində Bəşir Hacıyev “İçəri Şəhər”, “Hale Kai Hotel”, “Balion Hotel”, “Çiraq Plaza Hotel”, “Sea Breeze Resort”, “Caspian Sea Resort” kimi otelləri idarə edib. 2010-cu ildə Azərbaycan Turizm Assosiasiyasi İdarə Heyətinin üzvü, daha sonra ASK-nın tərkibində fəaliyyət göstərən “Turizm” komissiyasının sədr müavini seçilib.

Bəşir Hacıyev eyni zamanda “Balion Group” şirkətinin təsisçisidir. Hazırda həmin şirkətə Bəşir Hacıyevin qardaşı Vüqar Hacıyev rəhbərlik edir. Onu da bildirək ki, Vüqar Hacıyev tanınmış teleaparıcı, Hacı Nuran kimi tanınnan Nuran Hüseynovun köməkçisi olub.

Qeyd edək ki, Bəşir Hacıyev bu vəzifəyə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin nümayəndəliyinin baş məsləhətçisi olub.

Bəşir Qüdrət oğlu Hacıyev 2022-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini təyin edilib.