02 İyul 2024
İsrailin Belqraddakı səfirliyinə hücum – Xəsarət alan var

İsrailin Belqraddakı səfirliyinə hücum – Xəsarət alan var

30 İyun 2024
Baxış: 346

İsrailin Belqraddakı səfirliyinə hücum olunub.
AJMEDİA.İNFO
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı xidmətdə olan serb jandarmına arbaletlə atəş açılıb.
Bildirilir ki, cavab atəşi ilə öldürülən terrorçu, ilkin məlumatlara görə, radikal islamçı hərəkata mənsub olub.
“Terror aktını 1999-cu il təvəllüdlü Mladenovac şəhərindən olan Miloş Jujoviç törədib, o, adını Salahudin olaraq dəyişib. İlkin məlumatlara görə, hücum edən şəxs çox güman ki, Serbiya vətəndaşı, vəhhabi hərəkatının üzvüdür”, - Serbiya Daxili İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiç deyib.
İdarədən verilən məlumata görə, Daçiç İsrailin Serbiyadakı səfiri Yahel Vilan ilə telefon danışığı aparıb.
Nazirlik vurğulayır ki, bütün ölkə ərazisində gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilir. Hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək kiI, İsrail səfirliyini qoruyan Serbiya Daxili İşlər Nazirliyinin əməkdaşı boyun nahiyəsindən vurulub, reanimasiya şöbəsinə yerləşdirilib.