01 İyul 2024
İyulun 1-i ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ!

İyulun 1-i ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ!

28 İyun 2024
Baxış: 186

Qısamüddətli geomaqnit qasırğası gözlənilir.

Bu barədə AJMEDİA.İNFO-ya Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır.

Məlumata görə, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, 28-29 iyun tarixlərində qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq. Geomaqnit aktivliyi göstərən Kp əmsalı 29 iyun tarixində sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.