30 İyun 2024
Bu tarixdən leysan yağacaq - XƏBƏRDARLIQ!

Bu tarixdən leysan yağacaq - XƏBƏRDARLIQ!

27 İyun 2024
Baxış: 221

İyunun 28-29-da əsasən Azərbaycanın dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.