30 İyun 2024
Bu tarixdə Azərbaycanda məhdudiyyətlər TƏTBİQ EDİLƏCƏK - RƏSMİ

Bu tarixdə Azərbaycanda məhdudiyyətlər TƏTBİQ EDİLƏCƏK - RƏSMİ

27 İyun 2024
Baxış: 265

COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçınılmazdır.

AJMEDİA.İNFO Report-a istinadən bildirir ki, bunu Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu barədə məsələ Milli Məclisin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciətlə bağlı qərarında əksini tapıb.