30 İyun 2024
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir

26 İyun 2024
Baxış: 442

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Öncə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Millət Vəkili Anatoliy Rafailov, Magen David Azərbaycan, Magen David Women və Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin rəhbər və nümayəndələrinin iştirakı ilə keçən tədbirdə ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində güclü inkişaf, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılması, və bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşdırılması, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad edilməsində nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq haqqında yüksək fikirlər söylənmişdir.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki şanlı Qələbənin qazanılması haqqında danışlımışdır.

Daha sonra təşəkkürnamələr təqdim edilmişdir.

Открыть фото