30 İyun 2024
Azərbaycanda bu şəxslər təqaüd alacaq - YENİ QANUN

Azərbaycanda bu şəxslər təqaüd alacaq - YENİ QANUN

28 İyun 2024
Baxış: 183

Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.

AJMEDİA.İNFO bildirir ki, bu, parlamentin bugünkü iclasının gündəliyinə daxil edilən “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.

Qanunun 59-cu maddəsinə (Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi) təklif edilən dəyişikliklə bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya və paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.