30 İyun 2024
Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI

Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI

27 İyun 2024
Baxış: 297

"Dövlət qulluqçularının orta aylıq əmək haqqı ötən il əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933 manata çatıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb".


AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.


“Bununla belə, ötən il ölkə üzrə orta aylıq nominal əməkhaqqı 11,2 faiz yüksəlib. Statistik müqayisə göstərir ki, dövlət qulluqçularının maaşlarındakı artım ölkə üzrə orta aylıq əməkhaqqı artmından aşağı olub. Yəni Azərbaycanda əmək müqaviləsi ilə çalışanların orta maaşları dövlət qulluqçularının əmək haqları ilə müqayisədə 2.9 faiz bənd daha çox yüksəlib.

Dövlət qulluqçularının maaşlarındakı artımın ölkə üzrə orta aylıq artım səviyyəsindən geri qalmasının səbəbləri nədir?


Rəsmi statistikaya görə, ötən il 1 milyon 741 min nəfər əmək müaviləsi ilə çalışıb. Onlardan 899 min nəfər dövlət sektorunda, 842 min nəfəri isə özəl sahədə fəaliyyət göstərib. Digər tərəfdən, özəl sektorda çalışanların sayı isə ötən il 12,1 min nəfər artıb. Yəni artıq özəl sektorda çalışanların sayı dövlət sektorunda muzdla işləyənlərin sayına çatmaqdadır. Özəl müqavilələrin sayının artması ölkə üzrə müqayisəli şəkildə daha yüksək maaş artımına səbəb olub”.


Deputat qeyd edib ki, gizli məşğulluğun leqallaşdırılması da əməkhaqqı fərqlərinə təsir göstərib:


“Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayının artması məşğulluğun ağardılması ilə də birbaşa bağlıdır. Bu sahədəki islahatlar ölkə üzrə ümumi rəsmi əməkhaqqı fondunu artırıb. Nəticədə, ölkə üzrə nominal əməkhaqqı dövlət qulluqçularının maaşlarına nisbətən daha çox artıb”.(Sfera.az)