01 İyul 2024
Xəzərin Azərbaycan sektorunda 200 min dollarlıq QAÇAQMALÇILIQ - FOTOLAR

Xəzərin Azərbaycan sektorunda 200 min dollarlıq QAÇAQMALÇILIQ - FOTOLAR

28 İyun 2024
Baxış: 183

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

İyun ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni yolla təxmini 200.000 ABŞ dolları dəyərində ümumilikdə 28.836 qutuda müxtəlif adda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xəzərin Azərbaycan sektorunda 200 min dollarlıq  QAÇAQMALÇILIQXəzərin Azərbaycan sektorunda 200 min dollarlıq  QAÇAQMALÇILIQXəzərin Azərbaycan sektorunda 200 min dollarlıq  QAÇAQMALÇILIQXəzərin Azərbaycan sektorunda 200 min dollarlıq  QAÇAQMALÇILIQXəzərin Azərbaycan sektorunda 200 min dollarlıq  QAÇAQMALÇILIQ