02 İyul 2024
Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi Hizbullahla İsrail arasında yaranan gərginlikdən dolayı vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi Hizbullahla İsrail arasında yaranan gərginlikdən dolayı vətəndaşlarını Livanı tərk etməyə çağırıb

30 İyun 2024
Baxış: 303

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi Hizbullahla İsrail arasında yaranan gərginlikdən dolayı vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Bu barədə TASS məlumat yayıb.

"Səudiyyə Ərəbistanının səfirliyi Livanın cənubunda baş verən hadisələri diqqətlə izləyir, bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa, həmçinin orada olan vətəndaşlarını dərhal Livan ərazisini tərk etməyə çağırır", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, iyunda İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Artıq bir sıra ölkələr vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırıb./axar.az