30 İyun 2024
Liftdə qalan vətəndaşlar belə XİLAS EDİLDİ - VİDEO

Liftdə qalan vətəndaşlar belə XİLAS EDİLDİ - VİDEO

27 İyun 2024
Baxış: 195

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Binəqədi rayonu, Azadlıq prospektində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftlərində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.