30 İyun 2024
"Whatsapp"da çoxdan gözlənilən FUNKSİYA

"Whatsapp"da çoxdan gözlənilən FUNKSİYA

27 İyun 2024
Baxış: 219

"Whatsapp" yeni funksiyanın təqdimatına hazırlaşır.

AJMEDİA.İNFO “WABetaInfo” portalına istinadən xəbər verir ki, yenilik statuslarla bağlıdır.

Yeni funksiya sayəsində status bölməsinə “mətn”, “video” və “fotoşəkil” kateqoriyaları əlavə ediləcək və status paylaşarkən onun formatını asanlıqla seçmək mümkün olacaq. Məsələn mətn paylaşımı edərkən, istifadəçi fikrini dəyişib foto paylaşmaq istəsə, status bölməsindən çıxmağa ehtiyac olmayacaq.

Funksiyanın hazırda sınaqdan keçirildiyi bildirilir.