03 İyul 2024
Telefona baxarkən “Prius”u aşırdı, xəsarət alan var - FOTO

Telefona baxarkən “Prius”u aşırdı, xəsarət alan var - FOTO

29 May 2024
Baxış: 335

Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.

Mehdi Mehdiyev “Toyota Prius” markalı avtomobili idarə etdiyi zaman telefona baxıb, diqqəti yayındığına görə maşınını səkidəki məhəccərə çırpıb. Daha sonra avtomobil aşıb. Maşında olan sərnişin Nicat Muxtarov ağır bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəxə yerləşdirilib.

Sürücü bildirib ki, naviqator proqramına baxarkən diqqəti yayınaraq qəza törədib.

Qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Telefona baxarkən “Prius”u aşırdı, xəsarət alan var -  FOTO
Telefona baxarkən “Prius”u aşırdı, xəsarət alan var -  FOTO
Telefona baxarkən “Prius”u aşırdı, xəsarət alan var -  FOTO