03 İyul 2024
Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

17 May 2024
Baxış: 346

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib.

AJMEDİA.İNFO xəbər verir ki, o, kanalla işbirliyinə son qoyub.

S.Mustafayeva xəbəri Axşam.az-a təsdiqləyib.

O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir:

“Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universitet seçimi, yerləşmə, bütün zamanımı bu işlərə ayırmışam. Tez-tez səfər edirik. Xəbər isə canlı efirdir. Hər dəfə və ya uzun müddətli icazə almaq olmur. Çalışdığım doğma AzTV-dən isə ayrılmaq mənə çox çətin oldu. Çünki peşəkar komanda, hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”.

Qeyd edək ki, S.Mustafayeva uzun müddət ATV-də işləyib. O, daha sonra fəaliyyətinə ara verib. 2020-ci ildən isə AzTV-də çalışır.