03 İyul 2024
"Şuşaya gedən səfirlər anlamalıdırlar ki, bu, qanunsuz səfərdir" - Beqlaryandan GÜLÜNC AÇIQLAMA

"Şuşaya gedən səfirlər anlamalıdırlar ki, bu, qanunsuz səfərdir" - Beqlaryandan GÜLÜNC AÇIQLAMA

12 İyul 2021
Baxış: 413

"Şuşaya səfər edən səfirlər anlamalıdırlar ki, bu, işğal olunmuş ərazilərə edilmiş qanunsuz səfərdir".

AJMEDİA.İNFO xəbər verir ki, bu cür absurd bəyanatla separatçı tör-töküntülərinin “aparat rəhbəri” Artak Beqlaryan çıxış edib.

O, ölkələri rəsmi Bakını dəstəkləməməyə çağırıb.

Görünən odur ki, yenicə “vəzifəyə” gətirilən Beqlaryan auditoriyaya işləmək vərdişindən əl çəkmir. Vaxtaşırı Azərbaycana qarşı verdiyi təxribat xarakterli açıqlamalarla erməni cəmiyyətinin rəğbətini qazanmağa çalışan bu şəxsin beynəlxalq qurumlara etdiyi müraciətlər də cavabsız qalır.(qazet.az)