02 İyul 2024
Onlar özlərini fərqli göstərirlər - Artistlik edən BÜRCLƏR

Onlar özlərini fərqli göstərirlər - Artistlik edən BÜRCLƏR

28 May 2024
Baxış: 294

Astrologiya həyatımızdakı insanlar haqqında kiçik də olsa, məlumat verə bilir. Onların xarakteri, sevdikləri, sevmədikləri şeylər barədə müəyyən qədər bilgi toplaya bilirik. Bəzi bürclərin nümayəndələri isə özlərini olduğundan çox fərqli biri kimi göstərmək bacarığına malikdirlər.

AJMEDİA.İNFO bu dəfə “artistlik edə bilən” bürclərlə bağlı məlumatı təqdim edir.

Şir bürcü – Qürurludurlar, diqqət mərkəzində olmağı sevirlər. Özlərini düzgün təqdim edə və üstünlüklərini təsdiqləmək üçün müxtəlif səylər göstərə bilərlər. Bu bürcün nümayəndələrinin daima təsdiq edilməyə ehtiyacları var və bu, bəzən onların göstərişi sevmələrinə, nəticədə "rola girmələrinə" səbəb olur.

Qız bürcü - Detallara diqqət yetirmələri və mükəmməllik istəkləri ilə tanınırlar. Onların niyyətləri pis olmasa belə, bəzən öz qüsurlarını göstərməməyə çox diqqət yetirdikdə kənardan egolu görünə bilərlər. Yaxşı insanlar olmağa çalışsalar da, tənqidi təbiətləri bəzən onları iddialı göstərir. Bu bürcün nümayəndələri də bu xüsusiyyətlərdən irəli gələrək “artcəmistlik edə bilirlər”.

Tərəzi bürcü – Harmoniya və ədalətə önəm verirlər. Bununla belə, onlar gözəl, yaxşı, ağıllı bir şəxs kimi görünmək istəyirlər. Bunun üçün də fərqli yollara əl ata bilirlər. Kənardan necə görünmək onlar üçün əhəmiyyətlidir.

Oğlaq bürcü – Adətən özləri haqqında narahat olurlar. Onlar yaxşı insan imicinə dair iddialı ola bilərlər, xüsusən bu, onların məqsədlərinə uyğundursa, şəxsi və ya peşəkar həyatlarında irəliləməyə kömək edirsə... Bu bürcün nümayəndələri əzəmətli görünmək üçün hər şeyə hazırdırlar.

Balıqlar bürcü - Empatikdirlər, eyni zamanda idealizmə meylli ola bilərlər. Bu, balıqların əxlaqi cəhətdən başqalarından üstün olmaq istəyinə səbəb ola bilər. İnsanlar isə adətən bu cür davranışın həddindən artıq iddialı olduğunu düşünürlər.

Qoç, Buğa, Əkizlər, Xərçəng, Əqrəb, Oxatan və Dolça həmişə olduğu kimi davranır, heç vaxt rola girmirlər.(Sfera.az)