03 İyul 2024
Məşhur aparıcının düşdüyü qəzanın TƏFƏRRÜATI - FOTO

Məşhur aparıcının düşdüyü qəzanın TƏFƏRRÜATI - FOTO

29 May 2024
Baxış: 400

"Hadisə, ötən gün saat 14:10-da Bakı Şamaxı yolunun 11-ci kilometrliyində baş verib".

AJMEDİA.İNFO bildirir ki, bu məlumatı Oxu.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev verib. O, qeyd edib ki, sürücü hərəkət zamanı sürət həddini doğru seçməyib və manevr qaydalarını pozub.


"Nəticədə avtomobil yolun əks istiqamətində olan yanacaqdoldurma məntəqəsinin qarşısındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".

Xatırladaq ki, ilkin məlumatda hadisənin Bakının Səbail rayonu ərazisində baş verdiyi bildirilmişdi. Qeyd edək ki, Şənay Mustafayeva ATV-nin hava proqramının aparıcısıdır.