03 İyul 2024
Məşhur aktyor QƏTLƏ YETİRİLDİ - FOTO

Məşhur aktyor QƏTLƏ YETİRİLDİ - FOTO

27 May 2024
Baxış: 333

Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən bildirir ki, aktyor Los-Ancelesdə güllələnib. Los Anceles Polis Departamentinin məlumatına görə, hadisə bazar günü saat 3 radələrində Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib. Məlumata görə, xəstəxanaya çatdırılan 37 yaşlı Vaktor aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, aktyor daha çox “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.