02 İyul 2024
Lerikdə istirahət mərkəzində FACİƏ: 14 yaşlı yeniyetmə...

Lerikdə istirahət mərkəzində FACİƏ: 14 yaşlı yeniyetmə...

28 May 2024
Baxış: 297

Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.

Bakı sakini 2010-cu il təvəllüdlü H.B. ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.