03 İyul 2024
İsrailin Mexikodakı səfirliyinə HÜCUM EDİLDİ - YARALILAR VAR

İsrailin Mexikodakı səfirliyinə HÜCUM EDİLDİ - YARALILAR VAR

29 May 2024
Baxış: 393

İsrailin Meksikadakı səfirliyi qarşısında fələstin tərəfdarları etiraz aksiyası keçirib.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, Mexiko şəhərində keçirilən etiraz aksiyası nümayişçilərlə polis arasında toqquşmaya çevrilib və bu toqquşma zamanı asayiş keşikçiləri daş və molotov kokteyli ilə vurulub.


Bildirilir ki, toqquşmada azı altı hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Əsasən yanıq xəsarətləri alıblar. Polislər gözyaşardıcı qaz və yanğınsöndürənlərdən istifadə ediblər.