03 İyul 2024
Hazırda humanitar yardımlar Qəzza zolağı ilə İsrail arasındakı sərhəddə yerləşən Kerem Şalom keçid məntəqəsi vasitəsilə çatdırılır

Hazırda humanitar yardımlar Qəzza zolağı ilə İsrail arasındakı sərhəddə yerləşən Kerem Şalom keçid məntəqəsi vasitəsilə çatdırılır

18 İyun 2024
Baxış: 363

İsrail hərbçiləri Rəfah keçid məntəqəsinin Fələstin tərəfindəki gözləmə zalını dağıdıb.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrailin hərəkətləri nəticəsində binalar tamamilə dağıdılıb.
Keçid məntəqəsinin Fələstin tərəfindəki digər inzibati binalara ziyan dəyməsi barədə məlumat verilməyib.
Qeyd edək ki, mayın 7-də İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah keçid məntəqəsinin Fələstin tərəfinə nəzarəti ələ keçirib. Buna cavab olaraq, mayın 11-də Qahirə quru keçidi ilə bağlı yəhudi dövləti ilə gələcək fəaliyyətlərini əlaqələndirmək niyyətində olmadığını açıqlayıb və bir neçə gün sonra keçid məntəqəsini bağladığına, həmçinin Fələstin anklavının sakinlərinə humanitar yardımın çatdırılması prosesini pozduğuna görə bütün məsuliyyəti İsrailin üzərinə qoyub. Hazırda humanitar yardımlar Qəzza zolağı ilə İsrail arasındakı sərhəddə yerləşən Kerem Şalom keçid məntəqəsi vasitəsilə çatdırılır.