02 İyul 2024
Ətin qiyməti yenidən UCUZLAŞDI

Ətin qiyməti yenidən UCUZLAŞDI

09 Noyabr 2023
Baxış: 612

Azərbaycanda mal ətinin qiyməti ucuzlaşıb.

AJMEDİA.İNFO Oxu24.com xəbər verir ki, bir sıra rayonlarda mal atının qiyməti 15 manatdan 14 manat 50 qəpiyə endirilib.

Ətin ucuzlaşmasına səbəb Qazaxıstan Respublikasından gətirilən ətlik dana cinsləridir.


Həmin dana ətləri kiloqramı 12-13 manatdan əhaliyə təklif edildiyi üçün yerli dana ətlərinin də qiyməti aşağı salınıb.

Qəssablardan birinin saytımıza verdiyi məlumata görə,xaricdən erkək danalar gətirilməsəydi, ölkəmizdə ətin qiymətində sürətli bahalaşma müşahidə ediləcəkdi.

Məhz bunun qarşısını almaq məqsədi ilə belə bir addım atılıb.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan 1,06 milyon ton ət istehsal edib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ət ixracında əsas yeri Özbəkistan, BƏƏ və Küveyt tutur.