02 İyul 2024
Bu şəxslər AXTALANACAQ - Qanun TƏSDİQLƏNDİ

Bu şəxslər AXTALANACAQ - Qanun TƏSDİQLƏNDİ

07 İyun 2024
Baxış: 248

ABŞ-nin Luiziana ştatında uşaqlara qarşı cinsi zorakılıq edən və məhkəmənin hökmü ilə təqsiri sübuta yetirilən şəxslərə axtalama cəzasının tətbiq edilməsi təsdiqlənib.

AJMEDİA.İNFO xəbər verir ki, Luiziana ştatı bu qanunla ABŞ-də axtalama cəzasının tətbiq edilməsinə icazə verən ilk ştat olub.

Təsdiqlənmiş qanun layihəsinə əsasən, hakimlər 13 yaşından kiçik uşaqlara qarşı cinsi cinayətlərdə təqsirli bilinən şəxsləri cərrahi yolla axtalama cəzasına məhkum edə biləcəklər.

Məhkəmə təqsirləndirilən şəxsin İctimai Təhlükəsizlik və İslahlar Departamentinin həkimi tərəfindən həyata keçiriləcək prosedurdan ən azı 60 gün əvvəl axtalanmağa uyğun olduğunu müəyyən etməlidir.

Qanun layihəsinin əleyhdarları onu sərt şəkildə tənqid ediblər. Vəkillik qrupunun Rasional Cinsi Cinayət Qanunları üzrə Milli Assosiasiyanın (NARSOL) mətbuat katibi Sandy Rozek qanunu "barbarlıq" adlandırıb.

Digər tərəfdən, Demokratların nümayəndəsi Edmond Cordan qanun layihəsinin qeyri-mütənasib formada qaradərili kişiləri hədəf alacağını bildirib.(sfera.az)