03 İyul 2024
Biləsuvarda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı

Biləsuvarda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı

10 Dekabr 2021
Baxış: 577

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücülər saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayonu ərazisində hərəkətdə olan VAZ-21011 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə Biləsuvar rayon sakini H.Abdalzadənin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən H.Abdalzadənin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Biləsuvar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfində saxlanılmış digər sürücü, rayon sakini R.Məmmədovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən qayda pozduğu üçün saxlanılan həmin sürücünün keçirilmiş müayinə nəticəsində narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.

Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.