02 İyul 2024
Baydendən daha bir QƏRİBƏ HƏRƏKƏT: Olmayan stulda oturmağa çalışdı - ANBAAN VİDEO

Baydendən daha bir QƏRİBƏ HƏRƏKƏT: Olmayan stulda oturmağa çalışdı - ANBAAN VİDEO

07 İyun 2024
Baxış: 294

ABŞ Prezidenti Co Bayden Fransada Normandiyaya desant çıxarılmasının 80-ci ildönümü mərasimində qəribə hərəkət edib.

AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronu səhnədə salamladıqdan sonra Co Bayden mövcud olmayan stulda oturmağa çalışıb.

Kadrlarda Baydenin dizlərini əyib, əlini havada hərəkət etdirərək xəyali stulu axtardığı əksini tapıb.

Respublikaçılar sosial mediada "Bayden səhnədə bizi utandırmadan bir gün keçirə bilərmi? Çoxmu şey istəyirik?", - deyə ABŞ prezidentini tənqid atəşinə tutublar.

Qeyd edək ki, Bayden ilk dəfə belə qəribə hərəkətlər etmir. Bundan əvvəl o, çıxışlarında rəhbərlik etdiyi ölkənin adını unudub, dəfələrlə vitse-prezident Kamala Harrisi “prezident”, özünü birinci vitse-prezidentin əri adlandırıb, həmçinin özünü senator kimi təqdim edib, Ukrayna ilə Rusiyanı səhv salıb.