03 İyul 2024
Bakının BU ÜNVANINDA da binalar SÖKÜLƏCƏK - FOTOLAR

Bakının BU ÜNVANINDA da binalar SÖKÜLƏCƏK - FOTOLAR

17 May 2024
Baxış: 356

Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub.

AJMEDİA.İNFO Trend-ə istinadən xəbər verir ki Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq.

Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur.

Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır.

Yaxın günlərdə söküntünün başlanılacağı ərazidən görüntüləri təqdim edirik: