03 İyul 2024
Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNATLAR - ADLAR

Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNATLAR - ADLAR

04 İyun 2024
Baxış: 238

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Bu barədə AJMEDİA.İNFO-ya Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.

Məlumata görə, baş prokurorun digər əmri ilə Ramiz Əliyev Füzuli rayon prokuroru vəzifəsinə təyin edilib. Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Vüqar Səlimov Cəbrayıl rayon prokuroru vəzifəsinə təyin edilib. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.