03 İyul 2024
Azərbaycanda yeni yoluxucu xəstəlik AŞKARLANDI - RƏSMİ

Azərbaycanda yeni yoluxucu xəstəlik AŞKARLANDI - RƏSMİ

07 İyun 2024
Baxış: 260

2024-cü ilin 6 iyun tarixində Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Ruzbeh Məmməd məlumat yayıb.

“Hər üç şəxs Mərkəzin Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir”.

Qeyd edək ki, qarayara kimi tanıdığımız xəstəliyin adı “Sibir yarası”dır. Qarayaranın infeksiya mənbəyi adətən xəstə ev heyvanlarıdır.

Xəstəlik at, eşşək, qoyun, keçi, dəvə, donuz və bəzən maralda da ola bilər. Bu heyvanlar infeksiya mənbəyidir. Yoluxma daha çox kontakt yolla keçir. Çox az hallarda xəstələnmiş heyvanın əti istehlak olunduqda bu infeksiyaya yoluxmaq mümkündür. Nadir hallarda isə hava və ya toz yolu ilə yoluxma olur. Yoluxan heyvanın dərisinin emalı gedirsə, yaxud onun yunundan istifadə edilirsə, o zaman hava və ya toz yolu ilə yoluxma baş verir. Qan yolu ilə də bu proses gedə bilər.(sfera.az)