03 İyul 2024
Azərbaycanda məktəbli BIÇAQLANDI

Azərbaycanda məktəbli BIÇAQLANDI

04 İyun 2024
Baxış: 251

Xaçmaz rayonunda bıçaqlanma olub.

AJMEDİA.İNFO APA-ya istinadən bildirir ki, rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi olan A.B.-nin sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirdiyi bildirilir. Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-ya bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.