02 İyul 2024
Azərbaycanda bu Dövlət Agentliyinin sədri iki qudasına YÜKSƏK VƏZİFƏ VERİB - FOTO

Azərbaycanda bu Dövlət Agentliyinin sədri iki qudasına YÜKSƏK VƏZİFƏ VERİB - FOTO

07 İyun 2024
Baxış: 277

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.

AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Xatırladaq ki, F. Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.

***

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi yeni məlumata görə isə Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib. Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.

FOTODA: Zaur Mikayılov

Zaur Mikayılov qudasına bu vəzifəni verdi