03 İyul 2024
Azərbaycana ən çox bu ölkələr investisiya yatırıb – Siyahı

Azərbaycana ən çox bu ölkələr investisiya yatırıb – Siyahı

18 İyun 2024
Baxış: 383

Bu ilin ilk 3 ayı ərzində Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 1 miyard 508 milyon 520 min dollar olub.
AJMEDİA.İNFO
Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 51 min dollar artıb.
Bu ilin ilk 3 ayında birbaşa xarici investisiyaların 29,4%-i (443,2 milyon dollar) Böyük Britaniyanın payına düşüb.
Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin ilk 10-luğu belə olub:
Böyük Britaniya – 29,4% (443,2 milyon dollar)
Türkiyə - 17,3% (261,4 milyon dollar)
Kipr – 12,7% (192 milyon dollar)
Birləşmiş Ərəb Əmirlikləri – 12,6% (190,7 milyon dollar)
İran – 6,3% (94,8 milyon dollar)
Yaponiya – 4% (60,9 milyon dollar)
Rusiya – 3,7% (55,5 milyon dollar)
Macarıstan – 3% (45,3 milyuon dollar)
Norveç – 2,3% (35,2 milyon dollar)
ABŞ – 2,1% (32,2 milyon dollar)