03 İyul 2024
Vətən müharibəsi qazisi doğum günündən bir gün öncə VƏFAT ETDİ - FOTO

Vətən müharibəsi qazisi doğum günündən bir gün öncə VƏFAT ETDİ - FOTO

06 İyun 2024
Baxış: 272

44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov dünyasını dəyişib.

AJMEDİA.İNFO-nun əldə etdiyi məlumata görə, qazi Azad Məlikov iyunun 3-də Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

O, doğum gününə bir gün qalmış dünyasını dəyişib.

Bildirilib ki, A.Məlikovun halı qəfil pisləşib. Halının pisləşdiyini görən yaxınları onu xəstəxanaya çatdırıblar. O, xəstəxanada dünyasını dəyişib.

Vətən müharibəsi qazisi Azad Məlikovun yaxın qohumu Oxu.Az-a açıqlamasında daimi şəkildə müalicə aldığını deyib:

"Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə olsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.

Azad iyunun 3-də vəfat etdi. Evdə idi. Anidən halı pisləşdi. Təcili tibbi yardım çağırdıq. Qucağımda keçindi. Şokdayıq. İyunun 4-ü doğum günü olacaqdı. 28 yaşı qara gəldi. Evin ən kiçik uşağı idi. Subay idi. Çətindir, çox ağır dərddir".

Vətən müharibəsi qazisi doğum günündən bir gün öncə vəfat etdi