03 İyul 2024
Sürücülərin NƏZƏRİNƏ!: Bu küçələrdə təmirə BAŞLANILIR

Sürücülərin NƏZƏRİNƏ!: Bu küçələrdə təmirə BAŞLANILIR

07 İyun 2024
Baxış: 252

Sabah saat 10:00-dan Bakının Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər), iyunun 10-da isə saat 10:00-dan Bakının Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna qədər) təmir işlərinə başlanılacaq.

AJMEDİA.İNFO bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək, amma yollar bağlanmayacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.