30 İyun 2024
Nazir Bakı merinin qardaşını VƏZİFƏDƏN AZAD ETDİ - FOTO

Nazir Bakı merinin qardaşını VƏZİFƏDƏN AZAD ETDİ - FOTO

22 Noyabr 2021
Baxış: 604

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edib.

AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri vəzifəsindən azad olunub. Onun yerinə Səadət Əsgərova təyin edilib.

Qeyd edək ki, Aydın Əzizov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, sürücüsü ilə KİV-in gündəminə gəlmişdi. Belə ki, Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib. Aydın Əzizov qulaq, burun, boğaz həkimidir./qaynarinfo.az/