29 Aprel 2024
Hərbçilərimiz son döyüşlərdən DANIŞDILAR: "Düşmən postuna girəndə..." - VİDEO

Hərbçilərimiz son döyüşlərdən DANIŞDILAR: "Düşmən postuna girəndə..." - VİDEO

19 Sentyabr 2022
Baxış: 475

Sentyabrın 12-dən 13-nə keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində yaralanan 282 hərbçinin bir neçəsi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alır.

AJMEDİA.İNFO xəbər verir ki, "Xəzərxəbər"in çəkiliş qrupu sözügedən xəstəxanada olub. Hazırda müalicəsi davam edən hərbçilərimizdən biri gözündən və bədənindən müxtəlif dərəcələri qəlpə yaraları alıb:

"Düşmənlə üzbəüz döyüşürdük. Onların postuna girəndə tikilinin içindən çıxdı və bizə qumbara atdı. 2-3 qumbara idi. İkisi yanımıza düşdü və partladı. Əli ilə götürülə biləcək dərəcədə bizə yaxın idi. Gözüm, belim və dizdən aşağı ayaqlarım bütün qəlpə yarasıdır".