08 May 2024
Qafqazdan olan Dağ Yəhudilərinin Ümumİsrail Assosiasiyasının sədri Pavel Elizarov və digər rəsmi şəxslər Milli Qəhrəman Albert Aqarunovun əziz xatirəsini yad ediblər - FOTOLAR

Qafqazdan olan Dağ Yəhudilərinin Ümumİsrail Assosiasiyasının sədri Pavel Elizarov və digər rəsmi şəxslər Milli Qəhrəman Albert Aqarunovun əziz xatirəsini yad ediblər - FOTOLAR

26 Aprel 2024
Baxış: 535

Aprelin 26-da Qafqazdan olan Dağ Yəhudilərinin Ümumİsrail Assosiasiyasının sədri Pavel Elizarov və digər rəsmi şəxlər birgə Azərbaycana səfərləri çərçivəsində ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmişdirlər.

Şəhidlər xiyabanında ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidləri yad edən Dağ Yəhudilərinin Ümumİsrail Assosiasiyasının sədri Pavel Elizarov, Milli Məclisin deputatı Anatoliy Rafailov, "Magen David Azərbaycan" Xeyriyyə təşkilatının rəhbəri David Seliverstov, "Azərbaycan Yəhudi Media Mərkəzi"nin direktoru Nəsimi Əbilov və digər rəsmi qonaqlar Azərbaycanın əfsanəvi tank komandiri, Azərbaycanın Milli qəhrəmanı, əslən yəhudi olan Albert Aqarunovun məzarına gələrək onun əziz xatirəsini yad ediblər.

Xalqımız hər zaman Albert Aqarunovun xatirəsini əziz tutur, adını əbədiləşdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində cəsur oğulların başladığı haqq işi tarixi ədalətin bərpası ilə nəticələndi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda haqq savaşına qalxan Albert kimi oğulların həyata keçirə bilmədikləri arzularını onların qəhrəman davamçıları 44 günlük Vətən müharibəsindəki döyüş meydanında gerçəkləşdirdilər.

Sonda qonaqlar və rəsmi şəxslər "Əbədi Məşəl" abidə kompleksinə gələrək abidə önünə tər güllər qoyublar.

.

Cəmi bütün Şəhidlərimizə Allah rəhmət eləsin!

Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото