19 May 2024
Bakıda oteldə DƏHŞƏT:  İki nəfər ÖLDÜ - Biri YÜKSƏK VƏZİFƏLİ ŞƏXSİN OĞLUDUR

Bakıda oteldə DƏHŞƏT: İki nəfər ÖLDÜ - Biri YÜKSƏK VƏZİFƏLİ ŞƏXSİN OĞLUDUR

07 May 2024
Baxış: 365

Bakıda, Səbail rayonunda yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

AJMEDİA.İNFO Bakupost.az-a istinadən xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Vəfat edənlərdən birinin atasının yüksək vəzifədə işlədiyi qeyd edilir.

Sayt sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı isə Xəzərdir. Onlar sinif yoldaşı olub. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.