05 İyul 2024
Minimum əməkhaqqı BU QƏDƏR QALXACAQ? - AÇIQLAMA

Minimum əməkhaqqı BU QƏDƏR QALXACAQ? - AÇIQLAMA

16 May 2024
Baxış: 465

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.

AJMEDİA.İNFO xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb.

Bəs minimum əməkhaqqı nə qədər artırıla bilər?

Bu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Rauf Qarayev bildirib ki, təqribən 20 manat həddində artım gözlənilir:

“Minimum əməkhaqqı 2023-cü ilin yanvar ayında 345 manata çatdırılıb. Həmin ilin sonuna yaxın inflyasiya faizi 9,4 olub. Əgər 2024-cü ilin yanvar ayının 1-nə bu rəqəm yüksəlsəydi, minimum əməkhaqqı 377 manat olmalı idi. 2024- cü il üçün inflyasiya 3,5 faiz proqnoz edilib. Bu da bu il üçün 390 manata, saat hesabı minimum məbləğ isə təxmini 2,30 manata bərabərdir. İnflyasiya prosesini nəzərə alsaq minimum əməkhaqqı 45 manat qalxmalıdır. Qeyd edim ki, əvvəlki ildə inflyasiya faizi 13.9% nəzərə alınaraq əməkhaqqı 345 manata qaldırılıb. Həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi də yüksək olub”.