19 May 2024
İsrail polisi Əl-Cəzirə telekanalının ofislərində reyd keçirir

İsrail polisi Əl-Cəzirə telekanalının ofislərində reyd keçirir

05 May 2024
Baxış: 392

İsrail rəsmiləri Yəhudi dövlətində yayımın dayandırılması qərarından sonra polisin köməyi ilə Əl-Cəzirə televiziya şəbəkəsinin ofislərindəki avadanlıqları müsadirə edir.

Bu barədə İsrailin rabitə naziri Şlomo Karya məlumat verib.

"Əl-Cəzirəni bağlanır. Rabitə Nazirliyinin müfəttişləri İsrail polisinin dəstəyi ilə hazırda Əl-Cəzirənin Qüdsdəki ofislərində reyd keçirir və kanalın avadanlıqlarını müsadirə edir", - o, X-də (keçmiş Twitter) yazıb.

Bundan əvvəl İsrail hökuməti ölkədəki “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib. İsrailin baş naziri Benyamin Netanyahu bu qərarın hökumət tərəfindən yekdilliklə verildiyini bildirib və kanalın fəaliyyətini təxribat adlandırıb.//APA