18 May 2024
Rüstəm Tağızadə: Xarici Agentlər haqqında qanun təsdiqi olarsa Gürcüstanı nələr gözləyir?

Rüstəm Tağızadə: Xarici Agentlər haqqında qanun təsdiqi olarsa Gürcüstanı nələr gözləyir?

04 May 2024
Baxış: 216

Xarici Agentlər Haqqında qanun layihəsi ilə əlaqədər son zamanlar Gürcüstanda siyasi vəziyyəti çətin duruma salmışdır. Oktyabrın 26-sında Gürcüstanda Parlament seçkiləri keçiriləcək. Artıq qanun layihəsi ilə bağlı 3-cü oxunuş mayın 17 də oxunacaq. Qanun layihəsinin iki oxunuşu oxunmuşdur.

QHT-lərə maliyyə yardımı əngəlləmək üçün hökumətin daha çox nəzarətini nəzərdə tutan qanununa Avropadan və ABŞ-dan Rusiya əleyhinə bəyanatlar yayıldı. Qərbin Gürcüstanda ciddi siyasi sınağını görə bilirik. İndiki iqtidar tam hökumət olaraq Qərbin Gürcüstanda siyasi təsirini zəiflətmək istəyir.

2012-ci ildə Qərb və Rusiya arasında müəyyən konsensus əldə olundu. İndiki Prezident postunda olan Zurabaşvili siyasi areanaya daxil oldu. Sarkaşvilini uzaqlaşdırmaq üçün Zurabaşvili əslində həm Qərb həm də Rusiya üçün ideal namizəd oldu. Zurabaşvili Fransada anadan olub. Siyasi təhsil aldıqdan sonra uzun müddət Fransa Xarici İşlər Nazirliyində çalışdı. Prezident də bu qanun layihəsinin qəbul olmasına etiraz etmir. Rusiya və Qərb arasında Gürcüstan uğrunda mübarizə daha da kəskin hal alıb. Fikrimcə sabitliyin pozulmasından ən çox əziyyət çəkən məhz Gürcüstan cəmiyyəti olacaq.

Hökumət müxalifətə və QHT-lərə maliyyə yardımını nəzərdə tutan bu qanun layihəsində öz nəzarətini gücləndirmək istəyir. Ümumiyyətlə bu qanun layihəsi ABŞ-da 1938-ci ildə, Rusiyada isə 2011-ci ildə qəbul olunmuşdur.

Hadisələrin sonrakı inkişafı necə olacaq? Düşünürəm ki, Qərb gürcü xalqının köməyilə iqtidarı təzyiq etmək istəyir. Ancaq bu say yetərli deyil. Bundan başqa oktyabrda ayında keçirilən parlament seçkilərinə kimi hökumət qanun layihəsini təsdiqləmək üçün tələsir. Təbii ki, prsoseslər davam etdikcə hökumətin nəzarətidən də çıxa bilər. Gürcüstanda 2024-cü il sabit olmayacaq. İğtişaşlar və mitinqlər davam edəcək.

Rusiya və Qərbin Gürcüstanda davam edən güc oyunu ancaq gürcü xalqına ziyan edir. Cənubi Qafqaz kimi strateji bir regionu Rusiya əlindən çıxarmaq istəmir. Qərb isə bu oyunu pozmaq uğrunda mübarizə aparır.

.

Rüstəm Tağızadə

Azərbaycan Yəhudi Media Mərkəzi Siyası-şərhçi