19 May 2024
Novruz Məmmədov vəzifədən AZAD EDİLDİ

Novruz Məmmədov vəzifədən AZAD EDİLDİ

07 May 2024
Baxış: 287

Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

O qeyd edib ki, N.Məmmədov öz ərizəsi əsasında vəzifəsindən azad olunub.

Qeyd edək ki, N.Məmmədov 21 aprel 2018-ci ildə baş nazir təyin edilib, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa verib. O, 2019-cu ildən ADU-nun prorektoru vəzifəsində çalışırdı.