19 May 2024
Maradonanın “Qızıl top”u hərraca ÇIXARILDI

Maradonanın “Qızıl top”u hərraca ÇIXARILDI

08 May 2024
Baxış: 302

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.

AJMEDİA.İNFO RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Aguttes” hərrac evi məlumat yayıb.

Qeyd olunur ki, hərrac iyunun 6-da Fransada keçiriləcək. Hərracdan bir neçə gün əvvəl ictimai sərgi keçiriləcək və bu sərgi zamanı potensial alıcılar topa şəxsən baxa biləcəklər.

Xatırladaq ki, əvvəllər Maradonanın 1986-cı ildə futbol üzrə dünya çempionatının 1/4 finalında İngiltərə ilə matçda əli ilə qapıya göndərdiyi top iki dəfə hərracda satıla bilməyib. 2022-ci ilin may ayında “Sotheby's” auksionunda Maradonanın həmin matçda geyindiyi köynəyi 9,3 milyon dollara (təxminən 15,8 milyon manat) satılıb.


Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. FIFA rəsmi saytındakı səsvermənin nəticələrinə əsasən Maradonanı 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanıyıb. “Qızıl top” mükafatı 1982-ci il Dünya Kubokunda təsis edilib.