19 May 2024
"Mayda toy etmək olmaz" inancı BELƏ YARANIBMIŞ - "Ermənilərin hoqqasıdır, qondarma..."

"Mayda toy etmək olmaz" inancı BELƏ YARANIBMIŞ - "Ermənilərin hoqqasıdır, qondarma..."

06 May 2024
Baxış: 269

Bir çox insan may ayında toy etmir. Əsasən orta və yaşlı nəsil nümayəndələri bu məsələyə daha həssas yanaşırlar, mayda toy etməyin bədbəxtlik gətirdiyinə inanırlar. Bəs, bu inancın kökü haradan gəlir, bu inanc necə formalaşıb?

AJMEDİA.İNFO-nun məlumatına görə, mövzu ilə bağlı Metbuat.az-a danışan folklorşünas İlhamə Qəsəbova bildirib ki, mayın ağır ay olması sovet dövrünün ideologiyasından gələn bir fikirdir:

"Mayda toy və başqa şənliklər etmək olmaz. Bəzilərinin düşüncəsinə görə, bu ayda evlənənlərin övladı daha gec olur. Əslində may fəslin ən gözəl ayıdır. Təbiətin oyandığı, hər tərəfin çiçək açdığı aydır. Bu adət el arasında da artıq aradan qaldırılır, görürük ki, insanlar bu ayda toy edirlər.

Sovet ideologiyasına gəldikdə isə, bir neçə xristian ölkəsinin dini inaclarına bizi inandırmağa çalışıblar. Xalqımızın yaddaşına həkk etdiriblər. Xiristanlıqda may ayının ağır, boş ay olduğunu bilirik".

Folklorşünas həmçinin bildirib ki, bu həm də hoqqabaz, illərlə millətçiliklərini irəli sürmək istəyən ermənilərin hoqqasıdır:

"Onların düşüncəsinə görə, aprel ayının 24-dən may ayının 24-nə qədər bir "soyqırım"ları var. Əslində bu, qondarma "soyqırımı"dır. Sovet vaxtı bizim yaşadığımız dönəmdə də bizə bunu qəbul etdirmək istədilər ki, may ayında biz də onlarla bərabər "soyqırımı"nı qəbul edək və toy etməyək. Onların yasını saxlayaq. İnsanların bir çoxu bunu başa düşmədilər".