19 May 2024
İsrail ordusu Rəfahdan sakinləri təxliyə edir: Hücum başlayacaq? - FOTO

İsrail ordusu Rəfahdan sakinləri təxliyə edir: Hücum başlayacaq? - FOTO

06 May 2024
Baxış: 275

İsrail Müdafiə Qüvvələri planlaşdırılan hərbi əməliyyata hazırlıq çərçivəsində Rəfahın şərq məhəllələrindən dinc sakinlərin təxliyəsinə başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, hərbçilər Qəzza zolağının cənubunda planlaşdırılan hücumdan əvvəl fələstinliləri İsrail sərhədi yaxınlığında yerləşən Rəfahın şərq məhəllələrini tərk etməyə çağırırlar. Dinc şəxslərə Əl-Mavasi və Xan-Yunisdəki genişləndirilmiş humanitar zonaya köçmək təklif olunur.

Mənbə: “The Times of Israel”