19 May 2024
Azərbaycanda Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

Azərbaycanda Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

06 May 2024
Baxış: 265

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.

AJMEDİA.İNFO bildirir ki, lent.az-ın bu barədə sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.

Bildirib ki, bu il Məhərrəm ayı iyulun 7-ə təsadüf edəcək:

"Bu il Məhərrəm ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Məlum məsələdir ki, Məhərrəm və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək.