05 May 2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

25 Aprel 2024
Baxış: 261

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir.

AJMEDİA.İNFO xəbər verir ki, satıcılar "Xəzər Xəbər"ə deyiblər ki, ucuzlaşma prosesi təxminən bir neçə gün bundan əvvəl başlayıb və qiymətin enməsi mövsümi xarakter daşıyır.

Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır

Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır.

Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır.

Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: