17 May 2024
“Həyasız atandır, anandır” – Mer jurnalisti TƏHQİR ETDİ

“Həyasız atandır, anandır” – Mer jurnalisti TƏHQİR ETDİ

02 May 2024
Baxış: 261

Tbilisi meri və “Gürcü Arzusu” hakim partiyasının Baş katibi Kaxa Kaladze müxalifyönlü “Formula” telekanalının jurnalistini söyüb.

AJMEDİA.İNFO gürcü mediasına istinadən xəbər verir ki, bu, jurnalistin mayın 2-nə keçən gecə Gürcüstan parlamenti yaxınlığında keçirilən nümayişin iştirakçılarına qarşı xüsusi təyinatlıların hərəkətləri ilə bağlı merə ünvanlanmış sualından sonra baş verib.

Tbilisi meri mitinqlərə pulun haradan gəldiyini izah edib

Jurnalistin “Rezin güllələrdən istifadə ilə bağlı həyasızcasına yalan danışmaqdan utanırsınızmı?” sualına K.Kaladze belə cavab verib: “Valideynlərin sənə nəzakət öyrətməyib? Ay azğın əclaf, bəs kimisə həyasız adlandırmaq təhqir deyil? Sənə belə tərbiyə verdiklərinə görə evində ata-anana həyasız de, ey ədəbsiz qadın”.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi rezin güllələrdən istifadəni inkar edir. Hərçənd bir neçə nümayişçi rezin güllələrdən aldıqları xəsarətlərə görə həkimə müraciət ediblər.

Kaladze müxalifət mediasının rezin güllələrdən istifadə edilməsi ilə bağlı yaydığı məlumatı “yalan” adlandırıb və aprelin 30-da Tbilisidə keçirilən etiraz aksiyası zamanı “asayişi bərpa etdiyinə və zorakılığın qarşısını aldığına görə” polisə təşəkkür edib.

Merin bəyanatı cəmiyyətin əksər hissəsində son dərəcə mənfi reaksiyalara səbəb olub. Media və sosial şəbəkələrdə xüsusi təyinatlılar tərəfindən etirazçıların, o cümlədən qadınların və yeniyetmələrin vəhşicəsinə döyülməsinin görüntüləri yayılıb.(konkret.az)