05 İyul 2024
Türk konsulu qətlə yetirən Sasunyan belə SAXLANILDI - ANBAAN VİDEO

Türk konsulu qətlə yetirən Sasunyan belə SAXLANILDI - ANBAAN VİDEO

14 May 2024
Baxış: 296

İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan polis tərəfindən saxlanılıb.

AJMEDİA.İNFO-ya “Sputnik-Armenia”ya istinadən bildirir ki, onun hara aparıldığı barədə məlumat yoxdur.

Qeyd edək ki, Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlinə görə ömürlük azadlıqdan məhrum edilib.

2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb. Qərar 2019-cu ilin dekabrında icra olunub.(mətbuat.az)