16 May 2024
Tanınmış aktyor “Komedixana”dan AYRILDI - FOTO

Tanınmış aktyor “Komedixana”dan AYRILDI - FOTO

29 Aprel 2024
Baxış: 253

Tanınmış aktyor Cavidan Novruz "Komedixana" kollektivindən ayrıldığını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, lent.az-a müsahibə verən aktyor bunu işlərinin çoxluğu səbəbi ilə etdiyini bildirib.

"Düzünü desəm, bu kollektivlə o qədər yaxşı münasibətlərimiz var ki, ayrıldığımı hələ nə özüm, nə onlar qəbul edə bilmir. Hər şey yaxşıdır, dostluq münasibətlərimiz davam edir. Sadəcə işlərin çoxluğu belə tələb etdi. Komedixana mənə çox şey qazandırdı",- deyə o qeyd edib.

"Aktyor nə zamansa "Komedixana"ya qayıdacasınızmı?" sualının cavabını "Bunu zaman göstərər" şəklində verib.