04 İyul 2024
Azərbaycanda məşhur müğənni 400 min manata məscid tikdirdi - VİDEO

Azərbaycanda məşhur müğənni 400 min manata məscid tikdirdi - VİDEO

13 May 2024
Baxış: 388

Əməkdar artist Yusif Mustafayev doğulduğu Cəlilabad rayonunun Hacıismayıllı kəndində yeni məscid tikdirib.

AJMEDİA.İNFO xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, məscidin inşasına bu günə qədər 400 000 manat vəsait sərf olunub. Həmin məbləğin 50 000 manatı kənd camaatı tərəfindən yığılıb.

350 000 manatı isə Əməkdar artist Yusif Mustafayev tərəfindən ödənilib.

Hazırda məsciddə tikinti işləri davam edir və son tamamlanma işləri aparılır.

Şərq memarlıq üslubunda inşa edilən iki minarəli ibadət evinin üç aya istifadəyə veriləcəyi gözlənilir.

Məscidə hələlik ad verilməyib və açılışa yaxın ibadət ocağının adı məlum olacaq.